İran Ermənistandan narazıdır
Ermənilar iranlı yük maşınlarının hərəsindən 130 dollar rüsum alır
Paralel.az İran mediasına istinadən xəbər verir ki, İranla Ermənistan arasında ticarətdən Tehran narazıdır. İran qəzetləri yazır ki, ermənilərin son addımları ikitərəfli ticarətə mənfi təsir göstərir.
İran-Ermənistan Birgə Ticarət Palatasının sədri Hervik Yaricanyan
bildirib ki, Ermənistan bu yaxınlarda öz sərhəd-keçid məntəqəsində nəzarət-buraxılış postu quraraq, İrana məxsus hər bir yük maşınından 130 dollar rüsum alır.
Bundan başqa, ermənilər İran yük maşınları ölkələrinə geri qayıdarkən də problemlər yaradır və onlardan əlavə pul tələb edirlər.
Hervik Yaricanyan əlavə edir ki, əslində Ermənistan bunu etməklə İranın ixrac xərclərini artırır, bu da avtomatik olaraq ticarətimizə mənfi təsir edəcək və onu azalda bilər.
Xatırladaq ki, Gorus-Qafan yolunun Azərbaycana aid hissəsində İran yük maşınlarından rüsum tələb edəndə onlar buna etiraz edirdi. Görəsən iranlılar ermənilərə nəfəs verdikləri halda onlardan rüsum və rüşvət almalarına niyə etiraz etmirlər? Ermənilərin "əqrəb" xisləti onları artıq məhvə məhkum edib. İş o yerə qalıb ki, ermənilər onlara yeganə iqtisadi dəstək verə biləcək qonşusunu belə acıgözlüyü ilə özündən incik salmaqdadır.
Qeyd edək ki, İrandan Ermənistana əsasən yanacaq və sürtkü materialları, Ermənistandan İrana isə xam mis filizi daşınır. Əslində İranın şimal bölgəsi də mislə zəngindir və orada geniş hasilat aparılır. İran sadəcə olaraq, Ermənistana nəfəs vermək, dəstək olmaq üçün ondan xam mis alır.
Akif Nəsirli