Iranda ifrat inflyasiya davam edir
Paralel.az-ın mədumatına görə, İbrahim Rəisinin iqtisadiyyatın canlandırılması ilə bağlı şüarlarla prezidentlik kürsüsünə əyləşməsindən təxminən iki ay keçməsinə baxmayaraq, ölkədə inflyasiyanın həddi hələ də artmaqdadır. İranın Statistika Mərkəzi ölkədə illik inflyasiya həddinin 45.8%-ə yüksəldiyini bildirib. Mərkəzin yaydığı yeni məlumata əsasən, 23 avqust-22 sentyabr arasında əsas ərzaq məhsulları, içkilər və tütün məhsullarının qiyməti 61.6 faizə qədər bahalaşıb.
Qeyd edək ki, yeni seçilmiş ölkə prezidenti İbrahim Rəisi iqtisadi dirçəliş, sosial vəziyyətin yaxşılaşdırılması və inflyasiyanın cilovlanması barədə seçiciləri qarşısında öhdəlik götürsə də, hələlik, bunu reallaşdırmağı bacarmır. İlin əvvəlindən hər ay ərzaq məhsullarının qiyməti orta hesabda 50 faiz bahalaşır, milli valyuta gündən-günə dəyər itirir.
İranın bu vəziyyətə düşməsinin başlıca səbəbi ölkəyə qoyulan sanksyalardar. ABŞ və müttəfiqlərinin İrana qoyduğu sanksyalar səbəbindən dövlət hasil etdiyi xam nefti və digər xammalları dünya baxarında sata bilmir. Ona görə də İran ölkə daxilində xarici valyutaya olan tələbatı ödəmək qabiliyətində deyil.
Digər tərəfdən, ölkə iqtisadiyyatı əsasən dövlət inhisarında olduğundan, azad sahibkarlığın inkişafına ciddi əngəllər törədildiyindən iqtisadiyyatın təbii inkişaf prosesi getmir. Əgər belə davam etsə, ABŞ vəd etdiyi sanksyaları tezliklə aradan qaldırmasa İranda vəziyyət sosial partlayış həddinə qədər çata bilər.
İranda gedən inflyasiya qonşu dövlətlərə, o cümlədən Azərbaycana da təsir edir. Belə ki, bölgənin böyük dövlətlərindən birində olan ifrat inflyasiya mütləq qonşu dövlətlərdə də analoji prosesə meyillilik yaradır. Bu əsasən həmin ölkənin iqtisadi bağların çox olduğu dövlətlərə daha çox təsir edir. İran isə bölgədə daha çox Ermənistan və Rusiya ilə sıx iqtisadi əlaqələr qurur. Rusiya iqtisadiyyatı onsuz da problemlərlə dolu olsa da, İranın onun iqtisadiyyatına nəzərə çarpacaq dərəcədə təsiri yoxdur. Lakin Ermənistan iqtisadiyyatı İranla müqayisədə çox kiçik olduğundan, İranın ona təsirləri daha böyükdür. Elə bu səbəbdən də Ermənistanda da inflyasiya sürətlənməkdədir.
Akif Nəsirli