Ərdoğan Rusiyadan Suriyadakı siyasətini dəyişməsini istəyib
Ərdoğan: Türkiyə ilə həmrəylik baxımından Rusiyadan Suriyada fərqli yanaşmalar gözləyirəm
Ankara Rusiyadan Türkiyə ilə həmrəyliyin təzahürü olaraq Suriyadakı siyasətə yanaşmasını dəyişdirməsini xahiş edir. Paralel.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Suriya Prezidenti Bəşər Əsəd rejiminin Türkiyənin cənub bölgələri üçün təhlükə yaratdığını vurğuladı : "Mənə qarşı həmrəyliyin təzahürü olaraq dost bir ölkə olaraq Rusiyadan fərqli yanaşmalar gözləyirəm".
Türkiyə lideri, eyni zamanda, sentyabrın 29-da Soçidə keçiriləcək Rusiya prezidenti Vladimir Putinlə görüşdən ciddi gözləntiləri olduğunu da etiraf edib, Siyasətçi Moskva ilə əlaqələri daha yüksək səviyyəyə qaldıracağına ümid etdiyini söyləyib.
Akif Nəsirli