İlanı “yeyən” sürünənin güdazına gedib
Paralel.az xəbər verir ki, Həştərxan vilayətinin sakini canlı ilanı “yemək” nömrəsi göstərəndən sonra ölüb. Rusiya İstintaq Komitəsinin bölgə üzrə qurumunun mətbuat xidmətindən bu barədə xəbər verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, zəhərli sürünən tryuk göstərən şəxsin dilini dişləyib. Zərərçəkən hadisədən bir neçə gün sonra reanimasiyada dünyasını dəyişib.
Nigar