Şurnix sakini ermənilərin maskasını cırdı

Şurnix sakini ermənilərin maskasını cırdı
 

Erməni "qardaş Azərbaycan" deyə müraciət etdi

Paralel.az xəbər verir ki, 44 günlük müharibədən dərhal sonra Ermənistan hökumətinin müxtəlif səviyyəli məmurları bütün dünyaya car çəkdi ki, Şurnixda ermənilər Azərbaycan əsgərinin qorxusundan yaşaya bilmir.
Beləcə isə "Azadlıq Radiosu"nun Şurnux kəndinin ermənilər yaşayan hissəsindən yayımladığı reportajında kənd sakinləri deyir ki, Azərbaycan əsgərlərinin postları bəzi yerlərdə kəndin beş metirliyindədir, amma onlar özlərıni çox sakit aparır: "Azərbaycan əsgərləri gələndə kənd sakinlərinin çoxu heyvanlarını satdı ki, azərbaycanlılar əlimizdən alacaq. Lakin onlar bizimlə çox yaxşı davranır, son zamanlar heç bir xoşagəlməz insident baş verməyib.
Hətta, reportajda Şurnix kənd sakini "qardaş Azərbaycan" deyə müraciət edir.
Akif Nəsirli

0.019260883331299