Paşinyan - Ermənistanın mənafeyinə xəyanət edən lider
Paralel.az xəbər verir ki, Lilit Qalstyan Nikol Paşinyanın davranışını “Ermənistanın mənafeyinə xəyanət edən lider” kimi xarakterizə edib. “Ermənistan” fraksiyasının üzvü olan Lilit Qalstyan “Syunik haqqında danışarkən, Nikol Paşinyanın komandası ictimaiyyəti erməni yaşayış məntəqələrinin türk-Azərbaycan adlarına öyrədir və bu ərazilərin bizim olmadığına inandırır” deyib: “Siyasi çoxluğun nümayəndələri Syunik deyil, Zangezur deyirlər. Nikol Paşinyan isə öz növbəsində Ermənistanın mənafeyinə xəyanət edən liderin davranışı kimi, əla bir torpaq yolumuzun olduğunu söyləyir”. Hökumətin 44
günlük müharibənin şərtlərini araşdırmaq üçün komissiya yaratmaq qərarına toxunan Qalstyan, obyektiv araşdırma aparılacağına əmin olmadığını vurğulayıb: “Mən müharibə haqqında obyektiv bir təsəvvürümüzün olmayacağından qorxuram”.
Nigar