Valideynləri virus yox, Təhsil Nazirliyinin tərs qərarları qıracaq

Valideynləri virus yox, Təhsil Nazirliyinin tərs qərarları qıracaq
 

İlyarımlıq məcburi ayrılıqdan sonra nəhayət ki, məktəblərdə üzbəüz dərslərə start verildi. Bütün hallarda üzbəüz tədris onlayn tədrisin ən yaxşısından belə yaxşıdır, effektlidir. Məncə kimsə bunu mübahisələndirməz. Amma məlum olduğu kimi xüsusilə Azərbaycan kimi, hər ağızdan bir avaz gələn ölkədə digər sahələrdə olduğu kimi təhsil sistemində bir xaos yaşanır. Kimin ağlına nə gəlir ətrafını ona əməl etməyə məcbur edir. Konkretləşdirək. Qeyd etdiyimiz kimi orta məktəblərdə dərslər cəmi 3 gündür başlayıb. Təbii olaraq tədrisin əvvəli olduğuna görə müəllimlər şagirlərin istifadə edəcəyi əlavə vəsaitlər almağı tövsiyyə edir. Şəkildə gördüyünüz bu vəsaitlər də onlardan bəziləridir, həm azərbaycan, həm də rus bölmələrində istifadə olunur. Məsələnin qəribəliyi ondadır ki, bu vəsaitlər kitab dükanlarında deyil, yalnız paytaxtın poçt şöbələrində satılır. Görən bu kimin ağlının “məhsuludur” ki, satış bazarını kitab dükanlarından poçtlara transfer edib? Bu anormal qərara imza atanlar məgər bilmirlər ki, paytaxda kitab mağazalarına nisbətən poçt şöbələrinin sayı dəfələrlə azdır və bu səbədən satış yerlərində kütələvilik olacaq ki, bu da  pandemiyanın mövcudluğunda yoluxma riskini artırır?! 

Səma

0.034918069839478