Ermənistan müxalifəti məğlubiyyətlə barışmaq istəmir və dövləti məhvə sürükləyir

Ermənistan müxalifəti məğlubiyyətlə barışmaq istəmir və dövləti məhvə sürükləyir
 

Paralel. az xəbər verir ki, Ermənistanın eks-prezidenti Robert Kaçaryan «bəlkə də, qaytardılar» iddiası ilə xalqı aldatmağa çalışır. Bir müddət əvvəl 2020-ci ildə dövlətin başında mən olsaydım, Qarabağda müharibənin başlamasına imkan verməzdim, başlasa belə, Azərbaycanı dayandıra bilərdim, iddiası ilə gündəmdə qalmağa çalışan R.Kaçaryan, baş nazir N. Paşinyanın bostanına daş atmaqda davam edir. O ölkəsinin müstəqillik günü ilə bağlı açıqlamasında bəyan edib ki, Ermənistan Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra regiondakı vacib rolunu itirib. O həmçinin qeyd edib ki, Ermənistanın müstəqilliyi uzun illərdir ki , 1992-1994-cü illərdə Qarabağda əldə etdiyimiz üstünlüklə bağlı idi. Bu da erməni xalqının özünəməxsusluğu və silahlı qüvvələri ilə qürrələnməyə imkan verirdi. Bu gün isə biz nəinki Arsaxın təhlükəsizliyinə təminat verə bilirik, heç ölkəmizin suverenliyini və xalqımız da müdafiə edə bilmirik. Biz son otuz ildə ölkəmizə güc, geosiyasi dəyər verən və qürur duyduğumuz hər şeyi itirdik.  R. Kaçaryan erməni xalqını müstəqillik günü münasibətilə təbrik edərək, ümidvar olduğunu bildirib ki, xalqın «milli faciəsi»nə səbəb olan bu hakimiyyətdən qurtulmaq mümkün olacaq. Əli Azərbaycan xalqının qanına bulaşan, bu cəllad, hələ də anlamaq istəmir ki, Azərbaycan 1992-94-cü illərin  Azərbaycanı deyil.

Yusif

0.027190208435059