Erməni mətbuatı saray çevrilişini iddia edir

Erməni mətbuatı saray çevrilişini iddia edir
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı iddialarla dolu yazmaqda davam edir. Qısa xülasə: “Putin artıq heç nəyə zəmanət vermir. 9 Noyabr tarixli üçtərəfli bəyanata yenidən baxılma ehtimalı istisna deyil. Vəziyyət çox sürətlə dəyişir. Baş verənlər isə dünya və bölgəmizdəki vəziyyəti tez və köklü şəkildə dəyişməsidir. Putin Rusiyası üçün geriyə sayım başlanıb. Lakin Putin və yaxınlarının buna qarşı çıxmağa gücü yoxdur. ABŞ Konqresinin Nümayəndələr Palatası növbəti maliyyə ili üçün müdafiə büdcəsinə edilən düzəlişi təsdiqləyib. Bu da Vaşinqton administrasiyasına rusiyalı nazirlər də daxil olmaqla, rus iş adamları, ictimai xadimlər, jurnalistlər, 35 şəxsə qarşı sanksiyaların tətbiq olunmasını tövsiyə edir. Amerika qanunvericiliyinə görə, bu şəxslərin insan

haqlarının pozulmasında əli var. Onlar Rusiyanın quldurlarıdır. Putin bu siyahıda yoxdur. Ancaq indi hamıdan çətin vəziyyətdə olan odur. Bu şəraitdə saray çevrilişi riski böyükdür. Ya da onun Yeltsin üslubunda gedişi könüllü olacaq. Hər şeyin yenidən nəzərdən keçirilməsi baxımından, 9 noyabr üçlü bəyanatının etibarlılığından başlayaraq, bu, Ermənistan və Artsax üçün böyük, tarixi bir şansdır. Putinin imzasının hətta kağızda da heç bir dəyəri olmayacaq. Və Moskva, Ankara və Bakının bütün üçtərəfli planı çökəcək. Çünki ABŞ bütün səhvlərinə baxmayaraq, demokratiya və ədalət mövqeyində dayanır. Ermənistan və Artsaxın çoxdan seçdiyi yol da budur”.

Nigar

0.027995109558105