İcra hakimiyyətinin başçısı olmaq...

İcra hakimiyyətinin başçısı olmaq...
 

Azərbaycan hakimiyyətinin ən zəif bəndirayon icra hakimiyyətlərinin başçılarıdır

 Son on ildə Azərbaycanda tutduqları vəzifəyə layiq olmadıqlarına, rüşvət, korrupsiya, inhisarçılıq talançılıq faktlarına görə, onlarla nazir, nazir müavini işdən çıxarılıb. İşdən çıxarıldıqları anda onların yüz milyonlarla dövlət vəsaitini ata malı kimi qamarladıqları, rüşvət aldıqları, dövlət vəsaitlərini təyinatdan kənar xərclədikləri bəyan edilsə , sonradan hansısa səbəb üzündənsə, bu adamların adları unutduruldu. Onların arasında ən populyarları Ziya Məmmədov, Eldar Mahmudov, Səlim Müslümov idi. Bu gün isə onlardan yalnız, Səlim Müslümovun həbs olunması barədə cəmiyyətdə məlumat var. Daha sonra, sanki hər şey su quyusuna düşür.

Bu illər ərzində həm çox sayda rayon icra hakimiyyətləri başçıları ətrafındakı adamlar görəvlərindən alındılar. Bir çoxları barədə cinayət işləri açılsa da, sonu heç kimə bəlli olmadı. Bu gün bir neçə icra hakimiyyətinin başçısı dəmir barmaqlıqlar arxasındadır. Biri bu yaxınlarda korona virusa yoluxaraq dünyasını dəyişdi. Allah rəhmət eləsin. Hakim qarşısına çıxıb, biabır olmaqdansa, Allahın hüzuruna çıxıb, günahlarını etiraf etmək daha yaxşı deyilmi? Bu icra başçısı, yəqin yaxşı adam olub. Allah-təalə onun cəmiyyətdə xar olmasını istəməyib, aparıb öz dərgahına. Digərləri isə hələ öz təqsirsizliyini sübut etmək üçün nağıllar uydururlar. Elə bil hakim şagird, icra başçısı isə müəllim rolunu oynayır. Bu icra başçıları yaddan çıxarırlar ki, Azərbaycanda artıq bağça uşaqları belə, nağıllara inanmırlar. O da ola rüşvət korrupsiya nağılı.

 Məsələn, biri deyir ki, bilmirəm bu pul hardan otağıma düşüb. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları da, ona inanmaq istəyirlər, baxırlar otağın damına, pəncərə şüşələrinə, bəlkə oradan kimsə atıb ki, icra başçısını şərləsin, alınmayıb, görüblər hər şey qaydasındadır. Şüşələr salamat, dam da öz yerində.

Mənim üçün çox maraqlıdır ki, bu vəzifə sahiblərinin pul görəndə üçün gözləri tutulur, ağılları başından çıxır. Tutula biləcəyini, həbs olunacağını heç ağlına belə gətirmir. Baxmayaraq ki, artıq ona qədər çoxları həbs olunublar. Kor olan qardaşdan nəticə çıxarmaq yoxdur da, Azərbaycan məmurlarında.

Bir maraqlı icra başçımız da var idi, onu tutmayıblar,(küçənin ortasında, yaxud tribunada fərqi var) güllələyiblər. Niyə, səbəbə, heç məhkəmə   düz- əməlli araşdıra bilməyib. Deyirlər o vaxt necə qorxubsa, indi danışa bilmir, yazıq. Digərləri isə məsələnin üstünün açılmaması üçün susduğunu deyirlər. Hər halda ona güllə atanı göndəriblər qazamata. Danışa bilməyən birisini necə zindana göndərsinlər, bəs humanizm necə olsun? Bütün bu olaylardan sonra icra başçılarının təyinatında ciddi dəyişikliklər olub.

İş yalnız təqdimatla bitmir, prezident onları bir-bir qəbul edir. Tapşırıq tövsiyyələrini verir. Həm işdə yol verəcəkləri qanunsuzluqlara görə cəzalandırılacaqlarını da diqqətlərinə çatdırır. Əvvəllər belə deyildi, bunu kadr islahatlarında müsbətə doğru çox böyük addım hesab etmək olar. Mən inanmıram ki, bu gənclərdən kimsə həbsxanaya düşmək istəyir. Həm bu gün həbsxanaların gözlədikləri bir çoxları var. Amma nədənsə hələ öz kreslolarında qalıblar. Baxmayaraq ki, onların fəaliyyətlərində cinayət tərkibli əməllər tutulanlardan az deyil. Bu proses yəqin növbəlilik prinsipləri ilə həyata keçirilir. Yaxud da, prezident hansısa xidmətlərinə görə, onlara haqq yoluna gəlmək üçün möhlət verib. Amma yadlarından çıxarmasınlar ki, prezident dəfələrlə bəyan edib ki, öz yolunu azan heç bir məmur cəzadan qaça bilməyəcək, sadəcə, geci-tezi var. Şübhə etmirəm ki, bu geci-tezi olanlar arasında mütləq Abşeronun Zaqatalanın icra başçılarının da adları var.

Yusif Seyid

0.02643609046936