Yoxa çıxan təyyarənin 42 “yaş”ı var

Yoxa çıxan təyyarənin 42 “yaş”ı var
 

Paralel.az xəbər verir ki, hazırda Xabarovsk diyarında axtarılan An-26 təyyarəsi 1979-cu ildə buraxılıb və 42 ildir ki, istifadədədir. Aviasiya sənayesindəki agentlik mənbəyi isə bu tip təyyarələrin xidmət müddətinin 40 il olduğunu qeyd edib. An-26 təyyarəsi yerüstü radiotexnik uçuş dəstəyinin yoxlanmasında iştirak etdiyi uçuş zamanı yoxa çıxıb. Hadisə Xabarovsk hava limanından 38 kilometr aralıda, Xextsir qoruğu ərazisində baş verib. Altı ekipaj üzvünün taleyi haqqında heç bir məlumat yoxdur. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, axtarış gecə saatlarında da dayandırılmayacaq. Təyyarə qəzasının baş verdiyi iddia edilən bölgəyə 70 xilasedici və 20 ədəd texnika göndərilib. Axtarışın pis hava şəraiti, günün qaranlıq saatları və çətin relyeflə çətinləşdiyi qeyd olunub. Artıq fövqəladə vəziyyət faktı ilə əlaqədar, iki və ya daha çox insanın ölümü ilə nəticələnən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanılıb.

Nigar

0.015836000442505