Paşinyan daxili düşmənlərini 7 milyon dollarlıq cihazla dinləyir

Paşinyan daxili düşmənlərini 7 milyon dollarlıq cihazla dinləyir
 

Paralel.az xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan daxili düşmənlərlə mübarizə üçün 7 milyon dollara “Pegasus” adlı dinləmə sistemi əldə edib. “Hraparak” qəzetinin yazdığına görə, digər ölkələrdə bu sistem xarici kəşfiyyat tərəfindən dövlətin təhlükəsizliyini təhdid edənlərin telefonlarını dinləmək üçün istifadə olunur: “Onun mexanizmi sadədir, göstərilən telefona adi bir reklam-sms göndərilir və keçid açıldıqda sistem telefona “oturur”. Bir adamı “tutmağın” qiyməti isə 10 min dollardan çoxdur. Bu sistem “siqnal”, “whatsApp”, “telegram”, “facebook” şəbəkələrini əlçatan edir. Hakimiyyət yeni sistemi əsasən, müxalifət üçün tətbiq edib, lakin namizədlər Paşinyanın birbaşa göstərişi ilə seçilir. Müstəqil KİV-dən birinin redaktoru da siyahıya daxil edilib”.

Nigar

0.028569936752319