Ermənistan sərhəd qoşunları ilə birgə narkotiklərlə mübarizə təlimi keçirəcək

Ermənistan sərhəd qoşunları ilə birgə narkotiklərlə mübarizə təlimi keçirəcək
 

Paralel.az xəbər verir ki, Ermənistan KTMT-nin narkotiklərlə mübarizə xidmətlərinin təlimini keçirəcək. Xəbərə görə, KTMT ölkələrinin döyüş bölgələrinə mümkün qədər yaxın olan bölmələri xüsusi əməliyyatlar aparmaq bacarıqlarını tətbiq edəcəklər: “24-28 sentyabrda KTMT Kollektiv Sürətli Reaksiya Qüvvələrinin xüsusi təyinatlılarına daxil olan narkotiklərlə mübarizə xidmətləri, daxili işlər orqanları və xüsusi xidmət orqanlarının xüsusi bölmələrinin iştirakı ilə təlimlər keçiriləcək. Tədbir 2021-ci il üçün KTMT kollektiv təhlükəsizlik sisteminin komandanlıq və idarəetmə orqanlarının, qüvvə birləşmələrinin birgə təlim planına uyğun olaraq keçiriləcək. İlk mərhələdə KTMT üzv ölkələrinin səlahiyyətli orqanları və Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlıları çətin relyefli dağlıq ərazilərdə təlim-tətbiqli tapşırıqlar hazırlayacaq. Xüsusi əməliyyatın planlaşdırılması və aparılması üçün KTMT xüsusi təyinatlı Əməliyyat Qərargah heyəti ilə komanda-qərargah təlimi keçiriləcək. Təlimdə KTMT üzv ölkələrinin xüsusi təyinatlıları, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sərhəd qoşunları ilə birlikdə mümkün qədər yaxın şəraitdə xüsusi əməliyyatda iştirak etməklə, təcrübə və bacarıqlar əldə edəcəklər. Təlimin ikinci mərhələsində hərbi silahlardan taktiki atışlar üzrə yarışlar, xüsusi təyinatlıların birgə operativ-döyüş qruplarının praktiki hərəkətləri keçiriləcək”.

Nigar

0.030050992965698