"J&J" vasitəsilə COVİD-19-la vidalaşmaq olar
"J&J": koronavirus peyvəndinin gücləndirici dozası antikorların sayını bir neçə dəfə artırır
Paralel.az RİA Novosti-ya istinadən xəbər verir ki, "J&J" yazdığına görə, ilk ineksiyadan iki ay sonra tətbiq edilən peyvəndin gücləndirici dozası antikor sayını 4-6, ilk eneksiyadan altı ay sonra tətbiq edildikdə isə 9-12 dəfə artırdığı bəlli olub.
"J&J" bir komponentli vaksinin yüksək təsirli olduğunu bildirib: "Vaksin 79% COVID-19 infeksiyasına qarşı müqavimətlidir. Bu vaksini alaraşyoluxanların 81% -i xəstəxanaya yerləşdirilmədən sağala bilir. Bu nəticələr 390 min "J&J" vaksini vurulmuş insanın iştirak etdiyi araşdırmadan əldə edilmişdir.
Şirkətdən verilən məlumata görə, ilk peyvənddən iki ay sonra tətbiq olunan gücləndirici doza ABŞ-da COVID-19 infeksiyasına qarşı 94% müdafiə təmin etmişdir.
""J&J" COVID-19 peyvəndinin gücləndirici dozası ilk peyvənddən iki ay sonra tətbiq edildikdə, antikorların sayı 4-6 dəfə artdı",- şirkətin saytında dərc olunmuş məlumatda deyilir.
ilk peyvənddən altı ay sonra gücləndirici dozanın tətbiq edilməsinin, yaşdan asılı olmayaraq, eneksiyadan sonra ilk həftədə antikorların sayını doqquz dəfə və sonrakı dörd həftə ərzində 12 dəfə artırdığı qeyd alınıb.
"J&J" şirkətinin iddalarına əsasən vaksinin gücləndirilmiş dozaları ilə koronavirus pandemiyası ilə vidalaşmaq mümkündür.
"Johnson & Johnson" holdinq şirkəti "Janssen" tərəfindən istehsal olunan COVID-19 peyvəndi insan orqanizmində immun reaksiyaya səbəb olan zəiflədtlmiş adenovirusa əsaslanır.
Akif Nəsirli