Prezident İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib
Hörmətli Vladimir Vladimiroviç.
Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 sentyabr 2021-ci il
Paralel.az