Qazaxıstan özünün beynəlxalq telefon koduna sahib olacaq
Paralel.az xəbər verir ki, Sovet İttifaqı dağılandan sonra Qazaxıstan Rusiya ilə istifadə etdiyi beynəlxalq telefon kodunu +7-dən +997-ə dəyişdirmək qərarına gəlib. İnkişaf, innovasiya və kosmos sənayesi naziri Bağdat Musin bu barədə açıqlama verib. Nazir söyləyib ki, Qazaxıstanın öz beynəlxalq telefon koduna sahib olması üçün il ərzində aparılan danışıqlar müsbət nəticə verib: “İndi ölkəmizdən xaricə zəng etdiyimiz zaman ekranda Qazaxıstan sözü əks olunacaq”. Qeyd edilib ki, Qazaxıstanın 2023-cü ildən etibarən yeni beynəlxalq telefon koduna keçməsi planlaşdırılır.
Nigar