Polşaya gündəlik 500 min avro cərimə kəsildi
Avropa Birliyinin Lüksemburq məhkəməsi Polşanı gündəlik 500 min avro cərimə olunmasına məhkum etdi.
Turov mədənində kömür hasilatının dayandırıldığı anda cərimə cəzası götürüləcək. Bununla belə, Varşava məhkəmə qərarına əməl etməyəcəklərini bildirib. Çünki bu addım Polşanın enerji sisteminin sabitliyini təhdid edəcəyini söylədi. “AB məhkəməsi üzv dövlətlərin təhlükəsizliklə bağlı məsələlərə müdaxilə edə bilməz. Polşa tərəfinin açıqlamasında enerji təhlükəsizliyi məhz bu sahəyə aiddir", deyə Rolşa hökumətinin sözçüsü bildirib.
Əlavə olaraq, Varşava izah etdi ki, bu mədəndən çıxarılan kömür Bogatynia şəhərini və bələdiyyəsini istiliklə təmin edir ki, onun alternativi yoxdur. Bununla yanaşı, həmin mədəndən çıxan kömür ölkənin ümumi elektrik enerjisinin yeddi faizinin istehsalı üçün xammalı təmin edir.
Məhkəməyə gedən Çex hökuməti Polşanın dövlət sərhədi yaxınlığında yerləşən mədənin fəaliyyətini məhdudlaşdırmasını tələb edib. Praqada şirkətin ətraf mühitə, eləcə də Çexiyanın bir neçə qonşu qəsəbəsinin sakinlərinə zərərli olduğunu iddia edirlər.
Kömür sənayesini tərk edib, yaşıl enerji istehsalına keçilməsi Avropa ölkələrinin prioritetlərindən biridir. Polşanın isə elektrik enerjisinin təxminən 48 faizini qara kömürdən, 17 faizini isə daha çox atmosferi çirkləndirən qəhvəyi kömürdən alır. Bərpa olunan enerji bütün sənayenin yalnız 25 faizini əhatə edir. İyunun əvvəlində Polşa hakimiyyəti AB-nin təzyiqinə tabe olaraq, eyni adlı şəhərdə yerləşən Belchatow kömürlə işləyən elektrik stansiyasını bağladı.
Akif Nəsirli