Türkiyədə qadın-tələbələr mənzillə təmin olunublar
Paralel.az xəbər verir ki, Türkiyənin Gemlik bələdiyyəsi Uludağ Universiteti hüquq və dənizçilik fakültəsi tələbələrinin yaşayış problemini simvolik bir qiymətə aradan qaldırıb. Belə ki, istifadə olunmayan 21 mənzil 84 tələbənin yerləşmə ehtiyacına ayrılıb. Həmin mənzillərin aylıq kirayə haqqı adambaşına 25 lirə olacaq. Mənzillərin paylanmasında universiteti ilk dəfə qazanan qadın tələbələrə üstünlük veriləcək. Bununla da Gemlikdə təhsil alacaq 84 tələbə mənzillə təmin olunmaq şansına sahib olacaq. Həmçinin qeyd edilib ki, bu il tələbələrin mənzillə bağlı bir çox problemləri yaranıb. Ona görə də bütün tələbələrin mənzilə tələbi yüksəkdir. Bununla belə, qadın tələbələrin mənzillə təminatı prioritet təşkil edib.
Nigar