Paşinyan Azərbaycanla «gizli razılaşmada» ittiham olunur

Paşinyan Azərbaycanla «gizli razılaşmada» ittiham olunur
 
«Azərbaycan prezidenti elan edir ki, Sevan və Mehri Azərbaycan ərazisidir, o deyir və dediyini yerinə yetirir»
 
Paralel.az xəbər verir ki, noyabr razılaşmasına baxmayaraq, bu gün də erməni silahlıları burada yerləşdirilən Rusiya «sülhməramlıları»na güvənərək vaxtaşırı Azərbaycana qarşı təxribatlar törətməkdən əl çəkmirlər. Bu təxribatlara haqq qazandıran Ermənistan parlamentində «Armeniya» fraksiyasını təmsil edən deputat Artur Karinyan bəyan edib ki, Ermənistanın rəsmi Bakı qarşısında qoşunları Ermənistan sərhəddinə qədər geri çəkmək öhdəliyi olmayıb. Bax belə, millət. Erməni-ermənidir bir azacıq cilovunu boş buraxan kimi, öz xislətini biruzə verəcək.
Rusiyada yaşayan ermənilərin təmsilçisi olan-Rusiya Erməniləri İttifaqının vitse-prezidenti Levon Mukamyan isə özünün acıqlamalarında mövcud Ermənistan hökumətini, eləcə də baş nazir Nikol Paşinyanı Türkiyə və Azərbaycanın maraqlarına xidmət etməkdə ittiham edib: «Dünyanın hər yerində yaşayan ermənilərin böyük hissəsi hesab edir ki, Ermənistanın indiki hakimiyyəti Türkiyə və Azərbaycanın maraqlarına xidmət edir. Bu vəziyyət müharibədən əvvəl, müharibə dövründə və indi də müşahidə olunur . Hesab etmək olardı ki, müharibədəki məğlubiyyət hökuməti idarə edə bilməyənlərin səhvidir. Bəs onda nə üçün bütün bu səhvlər Azərbaycanın xeyrinə işlədi? Paşinyan seçiciləri aldadıb, hakimiyyəti ələ keçirib. O müharibədən sonra söz verdiyi şeylərin heç birinə əməl etməyib. Bəli, bu gün Ermənistanda yollar asfaltlanır, amma onun seşki proqramı həyata keçirilmir. Ermənistanın indiki hakimiyyətinin zəifliyinin, hətta satqınlığının nəticəsidir ki, bu gün Azərbaycan əsgərləri «Ermənistan ərazisində» sərbəst hərəkət edə bilirlər. Azərbaycan prezidenti elan edir ki, Sevan və Mehri Azərbaycan ərazisidir. O deyir və dediyini yerinə yetirir. Bunu sübut edən fakt isə odur ki, Ermənistanı Qarabağla birləşdirən Laçın karidorunda Türk və Azərbaycanın Silahlı Qüvvələri birgə təlimlər keçirirlər.
Bütün bunlar o deməkdir ki, ermənilər nə hürməkdən, nə də quyruq bulamaqldan heç vaxt əl çəkməyəcəklər.
Həm də, deyəsən axı Paşinyan yeganə ağıllı ermənidir. Türk Azərbaycan birliyinə qarşı düşmənçiliyin nə ilə bitəcəyini yaxşı bilir.
Yusif Seyid
0.026201009750366