Rusiya Dövlət Dumasına seçkilərin nəticələri elan edildi
Prezidentin partiyası parlament mandatının yarısını əldə edə bilib
Paralel.az xəbər verir ki, bu ilə Rusiya Dövlət Dumasına seçkilər yeni qaydalarla reallaşdırılıb. Əsas yeniliklər ondan ibarətdir ki, seçkilər üç gün müddətində, elektron səsvermə imkanları ilə keçirilib. Pandemiya səbəbi ilə seçkini mötəbər beynəlxalq təşkilatlar müşahidə etməyib. Bütün bunlarla yanaşı Rusiya Federasiyasının yeni seçki qanunvericiliyi seçkiləri müşahidə edən istər yerli, istərsə də beynəlxalq qeyri-hökumət təşkilatlarının və "eksid-pol" qruplarının müşahidələrinə əsaslanan seçki nəticələrinə dair məlumatları Mərkəzi Seçki Komissiyasından əvvəl açıqlamağı qadağan edib.
Beləliklə, "Vahid Rusiya" partiyası protokolların 100 faizinin yoxlanılmasından sonra 49,82 faiz səs toplayaraq Dövlət Dumasına seçkilərində irəlidədir. Müvafiq məlumatlar artıq Rusiya Mərkəzi Seçki Komissiyanın (MSK) internet saytında yerləşdirilib.
Məlumata əsasən, Kommunist Partiyası 18,93 faiz, Liberal Demokrat Partiyası 7,55 faiz, "Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət Üçün" – 7,46 faiz səs toplayıb.
Həmçinin, mövcud məlumatlara görə, "Yeni İnsanlar" partiyası 5,32 faiz səslə Dumaya daxil olub.
MSK-nın mnternet resurslarında yerləşdirdiyi məlumatlara görə, Dövlət Duması beş partiyadana ibarət olacaq.
Bununla yanaşı, qanuna əsasən bu andan etibarən müşahidəçilərin öz nəticələrini elan etmək hüququ yaranır. Bu isə o deməkdir ki, konkret rəqəmlərə söykənən təhlillərin verilməsinə bundan sonra başlanılacaq
Akif Nəsirli