İran bizə «qardaş» deyir, ermənilərin qardaşı olduğunu isə sübut etdi.
Paralel.az xəbər verir ki, artıq neçə müddətdir ki, Gorus-Qafan yolunda Azərbaycan əsgər və polislərini görən İranın rəsmi dairələri əndişə içindədirlər. Burada əsas məsələ heç də yüklərə görə, dövlət rüsumunun tələb olunması deyil, İran erməni qardaşları ilə olan gizli sövdələşmələrinin faş olacağından daha çox narahat olur. Məhz buna görə də, İranın Ermənistandakı səfiri Abbas Bədəxşa Zoquri Ermənistan hökumətinə çağırış edib ki, Gorus-Qafan yoluna alternativ yolun çəkilməsini tezləşdirsinlər. O həmçinin qeyd edib ki, İran tərəfi də, bu problemin aradan qaldırılması üçün işlər görür.
Bütün bunlar o deməkdir ki, İran dildə bizə qardaş desə də, əməldə erməninin qardaşı olduğunu bir daha sübut etdi.
Yusif