Fransadan Ermənistana dəstək
Paralel.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron müstəqillik günü münasibətilə göndərdiyi məktubda Fransa ilə Ermənistan münasibətlərindən bəhs edib. O deyib ki, yaxın, etibarlı dostluqlar bu gün də davam etdiyindən, Fransa bölgədə sülhün bərqərar olunmasında öz rolunu oynamaq istəyir: “Fransa Dağlıq Qarabağdakı qanlı müharibədən bir il sonra da üzləşdiyi problemləri aradan qaldırmaq üçün Ermənistana dəstək verir. Bu baxımdan Fransa, Cənubi Qafqazın özünəməxsusluğunu və zənginliyini əks etdirən bölgənin zəngin mədəni irsinin qorunub saxlanmasına xüsusi sadiq olacaq”. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində münaqişənin uzunmüddətli həlli üçün Cənubi Qafqazda vəziyyətin sabitləşməsi, regional inkişaf və rifah üçün hər cür səy göstərəcək: “Bu, Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistanla Azərbaycan arasında dialoqun bərpasını nəzərdə tutur. Fransa həmsədr ölkə olaraq bu prosesi dəstəkləməyə hazırdır”.
Nigar