Orta duz norması beş qramdır: “Hipertoniyası olan insanlar isə üç qram duz qəbul etməlidir”
Duzsuz həyatı kimsə təsəvvür edə bilməz. Bu məqamda əlbəttə ki, duzun həqiqi mənasından bəhs edirik. Elə mütəxəssislər də həyatımızda mühüm yer tutan duzun hansı həddə istehlakının əhəmiyyətini qeyd edir. Doktor Myasnikov orta duz normasının beş qram təşkil etdiyini söyləyir. Amma çox duzun sağlamlığa xoşagəlməz təsiri də çoxuna aydındır. Bu mənada, vərdişlərimiz baxımından bu gün ürək xəstəliklərinin miqyasına heç də məəttəl qalmaq lazım deyil. Onsuz da yediyimiz duzun əsas hissəsi, yəni 70 faizi işlənmiş qidalardan gəlir. Bunlar da kolbasa, çörək, şorba və s-dir. Doktor məsləhət görür ki, xüsusilə, un məhsulları ilə diqqətli olmaq lazımdır: “Biz gündəlik duzun yarısını çörəklə yeyirik. Doğrudur, duzdan imtina etmək çətindir. Çünki zövqümüz uşaqlıqdan korlanıb. Bu səbəbdən, restoranda sifariş verilmiş yeməyi aldığımız vaxtda belə, dadına baxmadan duzlayırıq. Hipertoniyalı xəstələr istehlak etdikləri duz miqdarına diqqət etməlidirlər. Əlli yaşdan yuxarı insanlar, hipertoniyası olanlar yalnız üç qram duz qəbul etməlidirlər”.
Nigar