Rus məktəblərində dini qadağalar tətbiq edilir

Rus məktəblərində dini qadağalar tətbiq edilir
 

Bu gün rus məktəblərində dini zəmində qarşıdurmaların yarandığı barədə xəbərlər səslənməkdədir. Rus mediasına görə, Dağıstanda baş verən hadisə isə təhsilə dair dünyəvi-mənəvi baxışlar arasındakı ziddiyyətləri ortaya çıxarıb. Belə ki, Dağıstanın Madjalis kəndindəki məktəbin qız şagirdləri üçün bu dərs ili həmişəki kimi başlamayıb. Məktəbə giriş üçün onların temperaturunu ölçən director müavini başında hicab olanları dərslərə buraxıb, baş geyimi olmayanları isə yox. Qeyd edilib ki, məktəb formasının yeni elementi xəbərdarlıq edilmədən təqdim edilib və bu da əksər şagirdlərin valideynlərini qəzəbləndirib. Məktəb rəhbərliyinin uşaqlara dini normalar tətbiq etdiyi deyilib və rayon rəhbərliyinə şikayətlərdən sonra həmin direktor müavini işdən çıxarılıb…

Hər il Rusiyada isə İslam dininin ardıcıllarının artdığı qeyd edilərək, bu dinin hətta uşaqlar üçün də vacib qaydalara riayət etməyi tələb etdiyi söylənilir. Dağıstan hadisəsindən fərqli olaraq, Rusiyada bunun əksinə halların baş verdiyi bildirilir. Belə ki, Bryansk sakini olan 18 yaşlı qızın hicablı formada məktəbə getməsinə icazə verilməyib. Təhsilinin son ilində 18 yaşı olduğu üçün o, şüurlu şəkildə hicab taxmağa qərar versə də, problemlər başlayıb. O, ilk dərs günü direktorluğa çağrılaraq niyə bu formada dünyəvi bir quruma gəldiyi soruşulub. Dini inanclara görə hicab geyindiyini izah edən qıza onu çıxarmaq tələbi qoyulub…

 Başqa bir hadisə isə Çelyabinsk vilayətinin Plast şəhərinin imamı Rəis Sultanovla bağlıdır. O, yerli məktəbin müsəlmanların hüquqlarını dəfələrlə pozduğunu söyləyir. Onun uşaqları sinifdə Apollo Maikovun “Məsih dirildi” şeirini ucadan oxumaqdan imtina ediblər. İncəsənət dərsində isə şagirdlər Pasxa yumurtaları əvəzinə məscid şəkli çəkiblər. Məktəblilərin tənəffüs vaxtı namaz qılmaq üçün heç bir yeri də olmayıb. Amma R.Sultanovun uşaqları  sinif yoldaşlarının ələ salmağına baxmayaraq, pilləkənlərin altında namaz qılıblar. Direktorla razılaşa bilmədiyi üçün onların məktəbi dəyişdirilsə də, yeni yerdə də köhnə problemlərin qarşısı alınmayıb. Ailənin vəkili Ruslan Nağıyev deyir ki, dərsdə Əfqanıstanla bağlı film nümayiş edilib və imamın uşaqları Quranın oxunması ilə müşayiət olunan terrorçuların görüntülərini təhqir hesab ediblər. Lakin iş məhkəməyə qədər uzanmayıb.

Vəkil onu da qeyd edib ki, dərs ilinin başlaması ilə valideynlər məktəbdə uşaqların dini hüquqlarının pozulmasından tez-tez şikayət edirlər. Bu, əsasən, hicab qadağası və namaz qıla bilməməklə bağlıdır. Vəkil hesab edir ki, məktəb rəhbərliyi ehtiyatsızlıqdan ölkə qanunvericiliyini unudur: “Konstitusiyanın 24-cü maddəsi hər kəsin hər hansı bir dinə etiqad etmək və ya heç bir dinə etiqad etməmək hüququnu təmin edir. Bu mənada inananların və inanmayanların hüquqları bərabərdir”.

Nigar

0.070765972137451