"Fransa ilə razılaşmanın pozulması Avstraliyanın maraqlarına uyğundur"

 

Paralel.az TASS-a istinadən xəbər verir ki, Scott Morrisonun qeyd etdiyi kimi, Fransa şirkətindən sifariş verilən sualtı qayıqların "Avstraliyanın suveren maraqlarını qorumaq" üçün yetərli olmayacağından həmişə "dərin və ciddi narahatlıqları" vardı.

Avstraliyanın Baş naziri Scott Morrison Fransa ilə 2016-cı ildə dizel sualtı qayıqların inşasına dair razılaşmanın ləğv edilməsinin ölkəsinin milli maraqlarına uyğun olduğunu söylədi.

"Müqavilənin digər tərəfinin (pozulduqda) kədərlənəcəyi və məyus olacağı aydındır. Bunu başa düşürəm, amma eyni dərəcədə əminəm ki, Avstraliyanın milli maraqlarının hər şeydən üstün olduğu aydın olmalıdır.

ABŞ Prezidenti Coe Biden və İngiltərə Baş naziri Boris Cohnson ilə qurduğum üçtərəfli tərəfdaşlıq Avstraliyaya ən yaxşı şəkildə xidmət edir", - deyə Morrison bazar günü SBS telekanalına bildirib.

Baş nazir hər zaman "dərin və ciddi narahatlıqları" olduğunu və Fransanın Naval Group gəmiqayırma şirkətindən sifariş verilən sualtı qayıqların "Avstraliyanın suveren maraqlarını qorumaq" üçün kifayət etməyəcəyinə şübhə etdiyini də qeyd etdi: "Fransa hökumətinin və layihə üzərində işləyənlərin məyusluğunu başa düşürəm, amma Avstraliya hər bir suveren ölkə kimi, milli müdafiə maraqlarına cavab verən qərarlar verməlidir və indiki şəraitdə etdiyimiz budur".

Akif Nəsirli

0.028135061264038