Azərbaycan "Doing Business" reytinqini batırdı
Sahibkarlar "Doing Business" reytinqinin sorğularına hökumətini tapşırığı ilə şişirdilmiş, saxta cavablar verirmiş.
Artıq 17 ildir ki, Dünya Bankı "Doing Business" ("Biznesin Aparılması") reytinqini hər il elan edir. Azərbaycan isə həmişə bu reytinqdi yüksək pillələrdə qərarlaşırda. Hətta, bir neçə il əvvəl Azərbaycan hökuməti reytinqinin iki pillə geriləməsinə narazılıq ifadə etmişdi. Azərbaycan müxtəlif illərdə 190 ölkə arasında aparılan bu reytinq nəşrində onluğa düşüb, 25, 28 və 34-cü yerlərdə movqeini möhkəmləndirib. Bununla yanaşı Azərbaycan bu reytinq nəşrinin "İslahatçı Ölkələr" sırasına daxil edilmişdi. Lakin Dünya Bankının ekspertləri, o cümlədən də "Doing Business"in yaradıcısı və baş məsləhətçisi Semyon Canko Azərbaycanla bağlı baş verənlərdən şübhələnib. Baş məsləhətçinin diqqətini çəkən əsas məqam Azərbaycanda məhkəmələrin müstəqilliyini şübhə altına alan faktların çoxalması olub. Sual yaranıb, neçə olur ki, müstəqil məhkəməsi olmayan, oliqarxiyanın höküm sürdüyü ölkənin iqtisadiyyatı "Doing Business" reytinqində ön sıralara çıxır. Azərbaycan üzərində yaranan şübhələr əsasında reytinq formalaşdıran sorğuların daxili auditi keçirilib. Keçirilən daxili auditin nəticələr bəlli olub ki, yalnız Azərbaycanda deyil, Birləşmiş Ərəb Əmirliyində, Səudiyyə Ərəbistanında və Çində "Doing Business" reytinq nəşrinin sorğusuna cəlb edilən iş adamlarına hökumət tapşırıq veribmiş ki, sorğunun cavablarını saxtalaşdıraraq, biznes mühitinin yüksək səviyyədə olduğunu xarakterizə edən cavablar versinlər. Beləliklə bu dörd ölkə özü üçün saxta reytinq əldə edə bilib. Bu sbəbdən də sentiyabırın 18-də Dünya Bankının Drektorlar Şurasının qərara alıb ki, "Doing Business" reytinqinin köhnə metodologiya ilə hesablanmış nəşri çap edilməsin, bu ad altında reytinqin hesablanması dayandırılsın. Artıq Dünya Bankı buna görə pis vəziyyətə düşüb, dünyanın bütün öncül agentlikləri "Doing Business" reytinqinin necə çökməsindən yazır. Fərdi şəkildə cəzalandırılan Azərbaycanın reytinqi iki pillə aşağı salınmaqla, adı "İslahatçı Ölkələr" siyaşısından çıxarılıb.
Akif Nəsirli