COVİD-19 virusunu nəqliyyat mafiyası yaradıb?!

COVİD-19 virusunu nəqliyyat mafiyası yaradıb?!
 
Paralel.az xəbər verir ki, artıq 2 ilə yaxındır ki, COVİD-19 adlandırılan virus bütün dünyanı əndişədə saxlayaraq, dövlətlərə milyard dollarlarla iqtisadi zərbə, insanlara isə həm​ də mənəvi ziyan vurub. Dünyanın bir qrup alimləri bütün bu dövr ərzində bu bəlaya qarşı vaksin axtarışında olduqları halda, başqa bir qrup alimlər və siyasətçilər isə virusun təbii, yaxud süni mənşəli oldugunu araşdırmaqdadırlar. Hazırda bir sıra dövlətlərin araşdırmaçıları qeyri-rəsmi olsa belə, virusun Çin laborotoriyalarında​ Amerika Birləşmiş Ştatlarının ( burada daha çox Pentaqonun adı hallanır)​ maliyyə dəstəyilə hazırlandıgı iddiasındadırlar. İddialar arasında​ hətta​ Amerikada bu virusun süni variantının oldugu da, qey dedilir.
Azərbaycan vətəndaşları ( Azərbaycan alimləri bu kimi xırda məsələlərlə məşgul olmurlar, onlar artıq çoxdan heç nə etmədən pul qazanmaqda ixtisaslaşıblar​ ) isə ölkənin nəqliyyat sektorunda son iki ildə baş verənlərə diqqət çəkərək iddia edirlər ki,​ ​ COVİD-19 virusunu Azərbaycanın nəqliyyat sektorunun agaları yaradıb, yaxud da onların sifarişi ilə Çində hazırlanıb.​ Nəqliyyat üzrə ekspertlər (sürücülər) hesab edirlər ki, əks-təqdirdə həftənin 5 günü şəhər​ nəqliyyatında​
insanları tir-şalban kimi üst-üstə, qucaq-qucaga daşıyan nəqliyyat sektoruna nə olub ki, həftəsonu tətilə çıxırlar?
Biz də həftənin bazar günü bu məsələyə aydınlıq gətirmək üçün Bakıda başmaq seyrinə çıxdıq və piyadalardan, taksi xidmətindən istifadə edənlərdən bu məsələyə münasibət bildirmələrini xahiş etdik. Onlardan bəzilərini diqqətinizə təqdim edirik:
-Vəllahi, mənə desələr ki, bunu Azərbaycan hökuməti yaradıb, ona da inanaram. İnsanlara bu qədər zülm etmək olmaz axı!
-Nəqliyyatı kimlərinsə inhisarına verəndə belə də olmalıdır da, onların nə vecinə ki, kim necə işə gedir, necə gəlir, təki cibləri dolsun. Mən özüm uzun illər həmin sektorda işləmişəm, şənbə -bazar sərnişin az olur, işləmək sərf eləmir, amma bizi məcbur edirdilər ki, işləmək lazımdır. İndi əllərinə məqam düşüb, koronanı atıblar ortaya, işləmirlər.
- Mən də marşrut işlətmişəm zamanında, BNA (Bakı Nəqliyyat Agentliyi) gəldi, hərəmizə bir torba tikib marşrutumuzu əlimizdən aldılar. Bazar-şənbə məsələsi də onların oyunudur. O boyda avtobusu boş-boşuna şəhərdə fırratmagı heç​ kim istəməz. Posajir (sərnişin) az, yol uzun, sərf eləmir ey,​ zato​ (amma)​ taksilər kef eləyir.
-Kimin oyunudur bilmirəm qardaş, amma milləti yaman zibilə salıblar. Sahibkar deyir, «avtobus işləmir mənə nə, mən səni taksiylə işə gətirməliyəm, sərf eləmir, get özünə sərf edən iş tap».
​ -Hər şənbə günü qazancımın 3/2-sini taksiyə verirəm, əlacım nədir, işimi itirmək istəmirəm.
Bax, belə.​
 
Yusif
0.020758867263794