Hipokrat andını, para andı əvəzləyib
Paralel.az xəbər verir ki, İki ilə yaxın davam edən korona virus pandemiyası, təkcə sadə insanların deyil, həkimlərin də böyük əksəriyyətinin əsəblərini tarıma çəkib. Bu səbəbdən də qəbuluna getdiyin həkimlərin xəstələri yorgun, bir qədər də əsəbi halda qarşıladıqlarını müşahidə edirsən.Təcili Tibbi Yardım xidmət də istisna deyil. Pandemiya başlayandan onların da işi 2-3 qat artıb. Amma bu, heç kimə əsas vermir ki, yardım üçün müraciət edən adama qarşı kobudluq etsin, yaxud onu ələ salsın. Son zamanlar Təcili Tibbi Yardım xidməti əməkdaşlarının korona olmayan çagırışlara getməmələri barədə sosial şəbəkələrdə tez-tez məlumatlara rast gəlirik. Bu, anlaşılan bir məsələ deyil. Xəstənin hansı səbəbdən yardım istəməsinin həkimə nə dəxli var, onun vəzifəsi xəstəyə yardım etməkdir. Bəlkə, onlara bu barədə kimsə göstəriş verib ki, korona olmayan xəstələrə yardım etməyin. Olubsa belə, bu anormallıqdır. Belə bir anormallıq bugünlərdə Abşeron rayonunda yaşanıb. Pişiyi görüb özündən gedən (bayılan) bir qadının yaxınları Təcili Tibbi Yardım xidmətnə zəng edib, yardım istəyiblər. Telefona cavab verən xanım isə yardım göndərmək əvəzinə, «bismillah» deyib yatsın,-deyə məsləhət verib. Bu anda xəstənin yaxınlarının keçirdikləri hissləri təsəvvür edin. İnsan da, heç həkim, tibb bacısı olmasa belə, bu qədər də, biganə ola bilərmi, İlahi? Xəbər sosial şəbəkələrdə yayılandan sonra TƏBİB araşdirma aparıb günahkar xanım- tibb bacısı tənbeh olunub (bizə çatan məlumata görə isə işdən azad olunub). Bir tibb bacısını işdən azad etməklə həkimlərin xəstələrə biganə münasibətlərinə son qoyulacaqmı? İnandırıcı deyil, çünki müstəqillik əldə etdiyimiz gündən Azərbaycanda həkimlərin Hipokrat andı, pul-para andı ilə əvəz olunub. Bu andin nəticələrini isə mən demədəm də Azerbaycanda her kəs bilir. Bunu təsdiqləyən ən əsas fakt odur ki, hec bir həkim xəstələnəndə öz həmkarına etibar etmir . Hətta qohum, tanışlarına da məsləhət görmurlər. Hökumətimiz hər il Azerbaycan səhiyyəsini inkişaf etdirmek, eləcə də insan saglamlıgını qorumaq uçun büddcədən 100 milyonlarla vəsait ayırır. Nəticəsi sıfır. Bəziləri Nazir dəyişikliyinin bu sahədə müsbət nəticələrə səbəb olacaginı düşünsələr də yanılırlar. Çünki son illər bir çox sahələrdə rəhbər dəyişilsə də, bu sahələrin fəaliyyətində heç bir müsbət deyişiklik müşahidə olunmadi,»köhnə hamam köhnə tas»
Yusif Seyid