Araz çayı ərazisində irimiqyaslı hərbi təlimlər planlaşdırılır
Paralel.az xəbər verir ki, Araz çayı ərazisində irimiqyaslı hərbi təlimlər planlaşdırılır. “Voenniy Obozrevatel” telegram kanalının məlumatına görə, İran Araz çayı ərazisində böyük təlimlərin keçirilməsi planlaşdırılan Azərbaycan sərhədinə əhəmiyyətli qüvvələr köçürür. Xəbərdə həmçinin qeyd edilib ki, İsrailin müdafiə naziri Beni Qans İranın öz ərazisindəki pilotsuz təyyarələri idarə etmək və silah-sursatı nəzarət etmək üçün hərbçilərə təlim keçdiyini söyləyib. Nazirin sözlərinə görə, əsas təlim obyekti də Kaşen hava limanındakı bazadır.
Nigar