Putin (s)axta səs verdi

Putin (s)axta səs verdi
 

Prezidentin saatı səsvermə anında 10 sentiyabır, saat 15.24-ü göstərir

Paralel.az xəbər verir ki, sentyabırın 17-dən 19-a qədər Rusiyada Dumaya seçkilər keçirilib. Seçkiləri mötəbər beynəlxalq seçki monitorinqi mərkəzlərinin heç biri, o cümlədən də Avropa İttmfaqənən və ATƏT-in müşahidə missiyasə izləməyib. Bununla yanaşı, Rusiya seçki qanunvericiliyitnə əsasən rəsmi nəticələr elan edilənə qədər heç bir müşahidəçi öz nəticələrini elan edə bilməz. Müxalifət və müstəqil yerli müşahidəcilərin qənaətinə görə seçkilər total saxtakarlıq şəraitində keçrilib.

Bununla yanaşı, prezident Putinin elektron qaydada səs verməsi sosial şəbəkələrin Rusiya seqmentinin diqqətindən yayınmayıb. Vladimir Putin artıq iki həftədir ki, səhətində yaranan problemlərlə əlaqədər olaraq karantinə götrüldüyündən, o, rəsmi açıqlamaya görə, Rusiya seçki qanunvericiliyinin imkanlarından istifadə edərək, sentyabrın 18-də günün birinci yarısında elektron qaydada səs verib. Səsvermə anını özündə əks etdirən video-çarxın ekspertizası zamanı bəlli olub ki, prezidentin qolundakı saatda ayın tarixi 10 sentyabırı, vaxt isə günün ikinci yarısını, 15.24-ü göstərir. Bununla yanaşı, Rusiyada onlayın səsvermə zamanı səs verən vətəndaşın öz adına aktiv mobil telefon nomrəsi olmalıdır. Bir müddət əvvəl isə Vladimir Putin brifinqlərin birində demişdi ki, onun adın heç bir mobil telefon nömrəsi yoxdur. Səsverməni əks etdirən video-çarxda da prezidentin mobil telefondan istifadə etdiyi görünmür. Düzdü, məsələyə münasibət bildirən prezident adminstrasiyasının sözçüsü Dimitri Peskov deyib ki, prezident köməkçilərdən birinin mobil nömrəsindən istifadə etməklə səs verib. Amma bu da mümkün deyil, sistem yalnız mobil nömrə adına olan vətəndaşın səsverməsini təsdiqləyir. Yəni Putin başqasının adına olan mobil nömrə ilə səs verə bilməzdi. Bütün arqumentlər onu göstərir ki, Rusiyada keçirilən parlament seçkilərində, hətta, prezident də saxta səs verib.

Akif Nəsirli

0.038944005966187