10 terrorçu məhv edildi
Türkiyə ordusu PKK terrorçularının növbəti qrupunu zərərsizləşdirib.
Paralel.azın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.
Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında “Barış pınarı” əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 10 terrorçu məhv edilib.
Terrorçulara qarşı əməliyyat davam edir.