Rusiya vətəndaşlarının səsverməsi üçün Bakıda seçki məntəqəsi açılıb

Rusiya vətəndaşlarının səsverməsi üçün Bakıda seçki məntəqəsi açılıb
 

Sentyabrın 19-da Rusiya Federasiyasının 8-ci çağırış Federal Məclisinin Dövlət Dumasına seçkilər keçirilir.

Paralel.az xəbər verir ki, Azərbaycanda daimi və ya müvəqqəti yaşayan Rusiya vətəndaşlarının səsverməsi üçün Bakıda, Rusiyanın ölkəmizdəki səfirliyində seçki məntəqəsi açılıb.

Səsvermə ilə əlaqədar Bakı şəhəri, Bakıxanov küçəsi, 17 ünvanında (Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin binası) 8017 saylı seçki məntəqəsi açılıb

Səhər yerli vaxtla 08:00-da açılan seçki məntəqəsi 20:00-dək fəaliyyət göstərəcək.

Səsvermə günü 18 yaşına çatmış bütün Rusiya vətəndaşları seçkilərdə iştirak etmək hüququna malikdirlər. Koronavirus epidemiyası ilə əlaqədar ərazidə sosial məsafə tədbirləri görülüb.

Qeyd edək ki, Rusiya Federasiyası vətəndaşları üçün erkən səsvermə sentyabrın 11 -də Gəncədə də təşkil edilib.

0.02128791809082