Müşviq Ələsgərli: ”Tövsiyənin icrasının məcburi olmadığından təəssüflənirik”
Avropa Birliyi və namizəd ölkələrdə təkcə bir il ərzində 900 jurnalist ciddi hücum və təhdidlərə məruz qalıb.
Avropa Komissiyasının vitse-prezidenti Vera Jourova jurnalist təhlükəsizliyi ilə bağlı durumun çox narahatedici olduğunu bəyan edib, “Jurnalistlərin təhlükəsizliyinin təmin edilməsinə dair Tövsiyə”ni təqdim edib.
Tövsiyədə üzv dövlətlərə çağırış edilir ki:
-Jurnalistlərə qarşı edilən bütün real və virtual hücumlar, cinayət əməlləri qeydə götürülüb araşdırılsın, cinayəti törədənlər mütləq şəkildə cəzalandırılsın, cəzasızlıq mühiti aradan qaldırılsın;
- Jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hüquq -mühafizə orqanları ilə jurnalist təşkilatları arasında əməkdaşlıq təmin edilsin;
- Hücuma, təzyiqə məruz qalmış jurnalistlərə opertaiv kömək etmək üçün mexanizmlər formalaşdırılsın. Buraya hüquq məsləhətlər, psixoloji dəstək, sığınacaqlar, təcili yardım telefonları kimi ehtiyac duyulan alətlər daxildir;
- Bu yöndə səlahiyyət sahibi, cavabdeh olan hüquq -mühafizə orqanları, hakimlər, prokurorlar üçün təşviqedici təlimlər təşkil edilsin;
- Jurnalistlərin peşə risklərinə (işsizlik, xəstəlik, əlillik, təqaüd və sair) sosial müdafisəni təmin etmək üçün mexanizmlər formalaşdırılsın;
… və sair.
Avropa Jurnalistlər Federasiyası (EFJ) və onun Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) olaraq Tövsiyəni və Komissiyanın jurnalistlərin təhlükəsizliyinə olan diqqətini alqışlayırıq. Bununla belə, Tövsiyənin icrasının məcburi olmadığından təəssüflənirik. AK-nı və Tövsiyyənin ünvanlandığı ölkələri Tövsiyənin icra edilməsi üçün mexanizmlər hazırlamağa çağırırıq.
Paralel.az