Əfqanıstandan Azərbaycana gələcək tələbələrlə bağlı - RƏSMİ AÇIQLAMA

Əfqanıstandan Azərbaycana gələcək tələbələrlə bağlı - RƏSMİ AÇIQLAMA
 

"Əfqanıstanda sərhədlər bağlıdır, səfirliklərin çoxunun da fəaliyyəti məhdudlaşdırılıb".

Bu sözləri Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib. O bildirib ki, hazırda ölkənin müvafiq təmsilçiliyi ilə Azərbaycana qəbul olan əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsi müzakirə edilir:

"Əfqanıstan Azərbaycanla sərhədi açıq olan 42 ölkə sırasında deyil. Bununla bağlı bizə dəqiq məlumat verilməyib. Ona görə də biz gözləmə mövqeyindəyik".

Şöbə müdiri əlavə edib ki, Azərbaycandan Əfqanıstana təhsil almaq üçün gedən tələbə yoxdur.

Paralel.az

0.031605005264282