Ermənilərin gələcəyə ümidi ölüb

Ermənilərin gələcəyə ümidi ölüb
 

Qaçqınlar sosial təminat davası ilə hər gün hökumətini qapısını çalır

30 il əvvəl bütün dünya ermənilərini Qarabağa səsləyən Ermənistan liderləri indi başa düşüblər ki, dillərindən ilişiblər. Qarabağ və ətraf rayonlarımızda məskunlaşan ermənilər indi Ermənistanda qaçqın həyatı yaşamaqla hökumətin yuxusunu ərşə çəkib.
Paralel.az-ın məlumatına görə, Qarabağdan qaçmış düşmüş separatçılar İrəvanda aksiya keçirirlər. Onlar sosial problemlərinin həll edilməsini tələb edirlər, əks halda BMT-yə və xarici səfirliklərə müraciət edəcəklərini bildirirlər.
Əslində, qaçqınlar haqlıdır, onları indi qaçqın düşdükləri ərazilərə Ermənistan hökuməti köçürüb, məskunlaşdırıb və onlara zəmanət verib ki, siz bu torpaqlarda daimi yaşayacaqsınız. Amma hamıya özünü "bic-bala" kimi təqdim edən erməni liderləri anlamırdılar ki, özgə atına minen bir gün piyada qalar. Budur, Ermənistan boş büdcə ilə qaçqınların əlində esirdir. Hələ bu harasıdır, ermənilər ağlını başına yığmaqda geciksələr Azərbaycanın tarixi torpaqları olan, indiki Ermənistanı da itirəcəklər. Ona görə ki, bu gün erməni xalqı çamadan əhval-rihiyəsindədir - hamı Ermənistanı tərk etmək fikrindədir. İrəvanda minlərlə dil kursları açılıb, əhali kütləvi şəkildə xarici dilləri öyrənir. Hətta, Azərbaycan dili öyrənənlər də az deyil. Elin gözü tərəzidir, deyərlər, görünür Ermənistanda yaşamağın perspektivinə xalqın ümidi yoxdur.
Akif Nəsirli

0.015354156494141