A. Markel Ukraynanın ali ordenini aldı 

A. Markel Ukraynanın ali ordenini aldı 
 
Kimin dostu, kimin düşməni
 
Paralel.az xəbər verir ki, bir müddət əvvəl Polşa prezidentinin görüşməkdən imtina etdiyi Almaniya kansleri A. Markelə Ukrayna prezidenti Vladimir Zelinski ölkənin ali ordenini təqdim edib. A. Markel bu yüksək mükafata Ukraynanın müstəqilliyini və suverenliyini dəstəklədiyinə və Rusiyanın genişmiqyaslı təcavüzündən müdafiə etdiyinə görə layiq görülüb. Təbrikdə həmçinin qeyd olunur ki, A. Markel Avropa İttifaqı çərçivəsində də ,hər zaman Ukraynanı dəstəkləyib. V.Zelinski ona da diqqət çəkib ki, A.Markel Almaniya siyasətçiləri arasında, Ukraynaya isti münasibəti ilə seçilir. O qeyd edib ki, A.Markel hökuməti təkcə 2014-cü ildə Ukraynaya 1,4 milyard evro maliyyə-texniki və humanitar yardım göstərib. Ukrayna prezidenti Vladimir Zelinski «Azadlıq Ordeni» ni Ukraynaya səfəri zamanı Almaniya kansleri A. Markelə yəqdim edib. Bununla da kiminlə dost, kiminlə düşmən oldugunu ortaya qoyub.
0.017727851867676