Klinikaya getmədən müayinə mümkündür

Klinikaya getmədən müayinə mümkündür
 

Müasir dünya getdikcə daha əlçatan üsullar axtarıb tapmaqdadır.

Bu, insanların daha çox diqqət yetirdiyi səhiyyə ilə daha çox bağlıdır. Çünki sağlamlıq insan faktoru üçün daha vacib və öndə gələn məsələdir. Bu mənada, vaxt baxımından kritik məqamlarda həkimə getmədən də müayinə olunmaq şansı var. Müasir tətbiqlər xəstələrə və səhiyyə işçilərinə köməkçi vasitələri təqdim edir. Rus həkimlərinə görə, qıcıqlanma, qaşınma və ya dəri xəstəlikləri ilə əlaqədar hər hansı bir narahatlığın başladığı yerin şəkillərini çəkmək və fotoşəkli müayinə məqsədilə həkimə göndərmək olar. Yəni xüsusi bir tətbiq sayəsində gündəlik fotoşəkilləri çəkmək lazımdır. Proqramın özü onu emal edərək həkimə göndərəcək. O da qeyd edilir ki, quraşdırılmış alqoritm fotoşəkili təhlil edə və hətta ilkin diaqnoz qoya biləcək.

Bu mənada, Permdə onurğanın əyriliyini fotoşəkildən müəyyən edən bir proqram yaradılıb. Sadə təlimatlara əməl edərək, smartfon vasitəsilə kürəyin şəklini çəkmək gərəkdir. Proqram bir insanda çiyin, çiyin sümüyü və bel xətlərinin necə keçdiyini təyin edir. Bu parametrlərə görə, o, onurğanın formasını hesablayır və skolyozun dərəcəsini təyin edir. Amma tədqiqatçılar bununla kifayətlənmək fikrində deyillər. Onlar onurğanın normal vəziyyətə gəlməsi üçün proqramın hansı məşqlər etməsinə dair məlumatları da araşdırırlar.

Nigar

0.028389930725098