Şagirdlərin tənəffüsdə bir yerə toplanmasına icazə verilməyəcək?

Şagirdlərin tənəffüsdə bir yerə toplanmasına icazə verilməyəcək?
 

Təhsilin ən prioritet sahələrdən biri olduğunu hamımız bilirik. Hamı da bilir ki, uzun müddətdir davam edən koronavirus pandemiyasında bu sahə ilə bağlı olanlar hansı çətinliklər yaşadı. Onlayn dərslərdə müəllimlərin hədsiz zəhməti, cəfakeşliyi, asan olmayan fəaliyyət forması, eləcə də şagirdlərin, valideynlərin bir araya gələrək bu mərhələni başa vurmaq cəhdi hamının şahidi olduğu mənzərədir. Bir müddətdən sonra isə dərslərə yenidən start veriləcək. Lakin keçənilkindən fərqli olaraq...

Dərslərin ənənəvi formada keçiriləcəyindən sevinən şagirdlər hazırda bir məsələ qarşısında çaşqın vəziyyətdədir. Valideynləri narahat edən də budur: “Təhsil Nazirliyindən bildirilir ki, builki tədris ilində şagirdlərin tənəffüs zamanı bir yerə toplanmasına icazə verilməyəcək. Eləcə də, şagirdlər partada tək deyil, cüt şəkildə əyləşəcək. Təzad da bundadır. Eyni partada oturan şagirdlərin ara məsafəsi nə qədər olacaq ki, virus təhlükəsindən qoruna bilsinlər. Yaxud, onlar partada cüt oturacaqlarsa, yəni bir yerdə olan şagirdlərin tənəffüsdə ayrılıqda qalmasını necə tənzimləmək olar? Bu məsələlər analiz edilməlidir və rəsmiləşənə qədər daha uyğun variant tapılıb tətbiq olunmalıdır”.

Nigar

0.034420967102051