Hipertoniyanı nəzarətdə saxlamaqla aktiv həyat tərzinə!

Hipertoniyanı nəzarətdə saxlamaqla aktiv həyat tərzinə!
 

Paralel.az xəbər verir ki, hər il yüz minlərlə insana hipertoniya diaqnozu qoyulur. Bu xəstəlik dünyada ən çox yayılmış və ən ölümcül xəstəlikdir. Təcrübəli hipertonik xəstə, doktor A.Myasnikov 30 ildir ki, bu diaqnozla yaşadığını söyləyir: “Hipertoniya diaqnozu qoyulandan sonra demək olar ki, bütün insanların etdiyi iki səhv olur. Birincisi, insanlar ona tüpürür və əvvəlki kimi yaşayırlar. Deyirlər ki, heç bir yerləri ağrımırsa, onda hər şey qaydasındadır. Amma hipertoniya sakit bir qatildir. İkincisi - xəstələr hər 15 dəqiqədən bir qan təzyiqini ölçməyə və hər cür dərman qəbul etməyə, hamam və saunadan, aktiv həyat tərzindən imtina etməyə başlayır. Amma burda da “qızıl ortalamaya” ehtiyacınız var. Bilməlisiniz ki, artıq xroniki bir xəstəliyiniz var. Vəzifəniz onu normal vəziyyətə gətirmək və nəzarət altında saxlamaqdır. Unutmayın ki, təzyiqi nəzarətdə saxlayırsınızsa, demək, sağlam bir insansınız. İnanın mənə, bu illər ərzində ştanq da qaldırıram, hətta Elbrusa da getdim. Özümü xəstə saysaydım, elə xəstə də qalardım. Hipertoniyaya hörmət edilməli, onunla dost olmalı və əsəbiləşdirməməlisən. Hipertoniya ilə hamama, idmana gedə və aktiv həyat tərzi sürə bilərsən. Əsas odur ki, artıq çəki olmasın. Ödemdən qaçmaq, şirniyyat qəbulunu məhdudlaşdırmaq, gündəlik dietə daha çox tərəvəz və meyvə daxil etmək lazımdır. Vəziyyəti ayıqca qiymətləndirin və ağıllı qərarlar verin”.

Ekspert qeyd edib ki, hər üç aydan bir həkimə baş çəkmək və ürək-damar sistemini yoxlatdırmaq vacibdir. İnfarkt və insultun baş verməsi də nəzarətsiz hipertoniyanın nəticəsidir.

Nigar

0.027075052261353