M.Saakaşvili Gürcüstana qayıtmaq istəyir

M.Saakaşvili Gürcüstana qayıtmaq istəyir
 
Baş nazir İrakli Qaribaşvili isə onu narkoman adlandırıb
 
Paralel. az xəbər verir ki, artıq neçə müddətdir ki, eks-prezident M.Saakaşvilinin yenidən Gürcüstanda hakimiyyətə gələcəyi barədə söz-söhbətlər gəzir. Ekspertlərin bir qismi də, belə bir hadisənin mümkünlüyünü inkar etmir və M. Saakaşvilinin Gürcüstanın bəzi siyasi dairələrində nüfuzunun yüksək oldugunu düşünürlər. İki gün əvvəl isə Gürcüstanın baş nazir İrakli Qaribaşvili inu narkoman adlandırıb: «Bunun sübutu üçün onun siyasi çıxışlarına diqqət edin. O, psixotrop maddələr qəbul etmədən dayana bilmir».
Bir müddət əvvəl M. Saakaşvili özü payızda Gürcüstana qayıtmaq və müxalifətə rəhbərilik etmək niyyətində oldugunu bəyan etmişdi. M. Saakaşvilinin bu bəyanatını da cavabsız qoymayan İrakli Qaribaşvili ona Gürcüstana qayıdacagı təqdirdə türmədə komfort şərait və böyük qalstuk kolleksiyası söz vermişdi.
Onu da diqqətinizə çatdıraq ki, Gürcüstanda M. Saakaşviliyə qarşı bir çox maddələrlə cinayət işi açılıb. Onların bəziləri üzrə onun cinayət əməlləri sübut olunub və  Gürcüstana qayıdacagı təqdirdə həbs oluna bilər.
0.043009996414185