Ən varlı ailələr
Onlara heyran olurlar, həsəd aparırlar. Bu insanların pul çətinliyi yoxdur, onları müxtəlif elit tədbirlərə dəvət edirlər. Bir çoxu klanla daha yaxın olmaq üçün onlarla tanışlığa çalışırlar.
Aşağıda dünyanın 10 ən varlı ailə klanı haqqında məlumat verəcəyik.
1. Uolton ailəsi
Şirkət: Walmart
Büdcəsi: 190,5 milyard dollar
Sem Uolton 1962-ci ildə "Walmart"ı qurub. O vaxtdan bəri şirkət Uolton ailəsi tərəfindən idarə olunur və şirkət dünyanın ən böyük şirkətlərindən birinə çevrilib. Şirkət Amerika şəhərlərinin ətrafında yerləşən pərakəndə satış şirkətidir.
2. Mars ailəsi
Şirkət: Mars
Büdcəsi: 126,5 milyard dollar
Hazırda şirkət Mars ailəsinin dördüncü nəsli tərəfindən idarə olunur. "Mars" bütün dünyada məşhur olan konfet istehsalçısıdır.
3. Kox qardaşları
Şirkət: Koch Industries
Büdcəsi: 124,5 milyard dollar
Qardaşlar Çarlz və David Kox atalarının qurduğu nəhəng imperiyaya rəhbərlik edirlər. Ancaq bu gün onlar müxtəlif namizədləri, araşdırma təşkilatlarını və lobbiçiləri maliyyələşdirərək ölkədəki siyasi vəziyyətə təsir göstərməyə çalışdıqları üçün daha yaxşı tanınırlar.
4. Əl-Səud ailəsi
Səudi Ərəbistanın kral ailəsi
Büdcəsi: 100 milyard dollar
Səudiyyə Ərəbistanının kral ailəsi də dünyanın ən varlı klanları siyahısındadır. Bu ailənin neft və qaz nəhəngi "Saudi Aramco" ilə əlaqələri ailəni xeyli gəlirlə təmin edir.
5. Vertheymer ailəsi
Şirkət: Chanel
Büdcəsi: 57,6 milyard dollar
"Chanel" Moda Evi əfsanəvi "kiçik qara paltar" və "№5" ətir ilə məşhurdur. Şirkət hazırda Alan və Gerhard Vertheymer tərəfindən idarə olunur.
6. Dyuma ailəsi
Şirkət: Hermes
Büdcəsi: 53.1 milyard dollar
Dyuma fransız klanı XIX əsrdə qurulmuş "Hermes" elit şirkətini idarə edir. Hazırda rəhbəri Aksel Dyumadır.
7. Van Damm, De Spelberh və De Mevius ailələri
Şirkət: Anheuser-Busch InBev
Büdcəsi: 52,9 milyard dollar
"Anheuser-Busch InBev" şirkətini üç pivə zavoduna rəhbərlik edən üç ailə klanı idarə edir.
8. Beringer, Von Baumbax ailələri
Şirkət: Boehringer Ingelheim
Büdcəsi: 51,9 milyard dollar
"Boehringer Ingelheim" 130 ildən çox tarixi olan alman dərman şirkətidir. Beringerlər bir neçə nəsillər boyudur şirkətə rəhbərlik edir.
9. Ambani ailəsi
Şirkət: Reliance Industries
Büdcəsi: 50,4 milyard dollar
"Reliance Industries" neft-kimya emalı və toxuculuq sənayesi kimi sahələrdə fəaliyyət göstərir.
10. Kargill və Makmillan ailəsi
Şirkət: Cargill
Büdcəsi: 42.9 milyard dollar
Ardıcıl altı nəsil boyunca Kargill və Makmillan klanlarının üzvləri 150 il əvvəl Ayova ştatında qurulan "Cargill" şirkətini idarə edir. Şirkət sənaye və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, ərzaq istehsal edir və müştərilərə müxtəlif xidmətlər göstərir.
Paralel.az