İdris Abbasov yazır...

İdris Abbasov yazır...
 

 

Milli Məclisin deputatı Eldar Quliyev benizinin bahalaşması ilə bağlı deyib: "Dövləti nəzərə almaq lazımdır, 15 qəpiklə heç kim kasıblamaz".
Görəsən, dövlətin "qeydinə qalan" bu deputat dövləti dağıdanlardan neçəsini ifşa edib? Vətəndaş 15 qəpiyin üstünə 15 qəpik də qoyub 30 qəpiyə metro, yaxud avtobusa bilet əldə edir. Verin də dövlətə o yığdıqlarınızdan, niyə vermirsiniz? Niyə yığıb qalaqlayırsınız? Axırda da Cona, Maraqaritaya qismət olur. Xalqın ahı tutsun sizi!
Haradan biləcəksən ki 15 qəpik nədir?
Heç 15 minə də pul demirsiniz! Çünki o birilərin haqqını da cibinizə yığıbsınız! Danış da, niyə danışmırsan vəzifədə milyonları dağıdanlardan? Təmizsənsə, halal zəhməti ilə dolanan deputat, rektor, daha nələr, nələr...sənsə, danış korrupsionerlərdən. Adlarını çək, ifşa et ki, dövlətin canı qurtarsın!
Sənin üçün hava xoşdur. Millət qırılsa da, cəhənnəmə ki?! Sən deputat kimi eyş-işrətdəsən, dürüst çalışan alim isə dilənçi günündədir. Şəxsən mən imkansızlıqdan tibbi müayinəyə gedə bilmirəm, əvəzində haqqımızı yeyən sizlərə gecə-gündüz "DUA" edirəm. Acıq-qıcıq verirsən millətə? De ki, dövlətin milyardları filan-filan məmurların ciblərindədir. Qorxursan ki, mandatdan məhrum edərlər? De də, ay dövlət “sevdalısı”, millət “aşiqi”! Yetim xalqın yaxasından yapışmaq yaxşı əlamət deyil! Hafiz Hacıyev qədər də yoxsan!

Paralel.az

0.073513984680176