Rusiyalı həkim: “Həkimlər bəzən xəstənin pulqabısına zərbə vurmağı özünə borc hesab edir”
Paralel.az rus mətbuatına istinadən xəbər verir ki, bəzi xəstəliklərin dərmansız müalicəsi mümkündür. Həkim A.Myasnikov söyləyib ki, dərman tələb etməyən xəstəliklər olsa da, bəziləri hələ də onlarla sıx şəkildə müalicə olunurlar: “Yalnız ciddi göstərişlər olduqda dərman müalicəsinə başlamaq və həkimdən alınan siyahı ilə aptekə qaçmaq lazımdır.Ureaplazma ilə yanaşı, papilloma virusunu da müalicə etməyə ehtiyac yoxdur. Onun qarşısını peyvəndlə almaq lazımdır. Uşaqlar və böyüklər arasında payızda çox yayılan burun axması da bahalı dərmanların alınmasını tələb etmir. Gündə üç dəfə burnunuzu yaxalamaq kifayətdir. Terapevtlər və pediatrlar kəskin respirator infeksiyalarında bir çox göstəriş verməyi sevirlər, amma gözlərinizi onlara asanlıqla bağlaya bilərsiniz. Fakt budur ki, həkimlər bəzən xəstələrin pulqabılarına zərbə vurmağı özünə borc hesab edirlər. Koronaviruslu xəstədə trombozun inkişaf riskinin olub-olmamasından asılı olmayaraq, hər kəsə qansulandırıcı təyin etmək olmaz. Bu cür dərmanlarla müalicəyə başlamazdan əvvəl ona həqiqətən ehtiyac olduğuna diqqət edin. Boğaz ağrısı üçün xüsusi dərmanların lazım olduğu və lazım olmadığı vəziyyətlər də mövcuddur”.
Nigar