Məğlub Ermənistan “yol”unu itirib

Məğlub Ermənistan “yol”unu itirib
 

Paralel.az xəbər verir ki, erməni hökuməti Qafan-Gorus yolundakı vəziyyətdən ciddi narahatlıq keçirir. Hökumət bu vəziyyətin iqtisadiyyata, ticarətə və turizmə böyük ziyan vurduğunu bəyan edib. Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bu problemlərin sakit və ardıcıl şəkildə həll edilməli olduğunu vurğulayıb: “Bu yoldan qorxan bir çox turist Ermənistana gəlməkdən çəkinir. Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi bu məsələlərin real həlli üzərində işləyir. Müharibədən sonra, normal həyata keçməzdən əvvəl belə problemlərin yaşanacağı aydındır. Sadəcə olaraq, bu problemləri sakit və ardıcıl şəkildə həll etməliyik”. Mətbuat xatırladıb ki, Sünik yolunda problemlər avqustun sonlarında, müharibədən sonra Azərbaycanın nəzarətinə keçən Qafan-Gorus yolunun “Karmrakar-Şurnux-Goris-Vorotan hissələri bağlandıqdan sonra yaranıb: “Rusiya sərhədçilərinin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində yol avqustun 27-də açılıb, lakin məsələ prinsipcə həll olunmamış qalıb. Təkcə Ermənistan vətəndaşları üçün deyil, İran yük maşını sürücüləri də daxil olmaqla, əcnəbilər üçün vaxtaşırı problemlər yaranıb”.

Nigar

0.019294023513794