ABŞ Ukraynaya "Dəmir Gümbəz" raketdən müdafiə sistemləri vermək planlarını rədd edir
"ABŞ-ın Ukraynaya "Dəmir Gümbəz" raket əleyhinə müdafiə sistemi (ABM) verməyi planladığı barədə mediada gedən məlumatlar həqiqətə uyğun gəlmir".
Paralel.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib. Daha əvvəl "Politico" nəşri ABŞ Konqresinin bir çox üzvünün 2022-ci il üçün müdafiə qanun layihəsinə "Dəmir Qübbə" batareyası da daxil olmaqla, Ukraynaya yeni hava və raketdən müdafiə sistemlərinin satışını və ya ötürməyi nəzərdə tutan bir düzəliş daxil etdiyini bildirmişdi.
Xanım Psaki brifinqdə deyib ki, bu məlumatı komanda üzvlərimlə yoxlamalıyam. ABŞ və Ukrayna prezidentlərinin görüşü zəmanı əlavə yardım göstərəcəyi bildirildi, Amma bu gür konkret məsələ hələ dəqiqləşməyib".
Avqustun sonunda Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona səfərinin ardınca ABŞ müdafiə naziri Lloyd Ostinlə iki dövlət arasında müdafiə tərəfdaşlığının strateji əsasları haqqında razılaşma imzalayıb.
Danışıqların ardınca ABŞ Ukraynaya 60 milyon dollarlıq yeni təhlükəsizlik yardımı paketi ayırdı. Buraya "Javelin" zirehli deşici sistemləri və digər öldürücü və öldürücü olmayan müdafiə vasitələri daxildir. Ağ Evdə bildirildiyi kimi, bu yardım Ukraynaya "Rusiyanın təcavüzünə qarşı daha effektiv müdafiə olunmasına" kömək edəcək.
Bundan əlavə, ABŞ Ukraynaya koronavirusla mübarizə üçün 12,8 milyon dollar və Donbasdakı münaqişə ilə əlaqədar 45 milyon dollarlıq humanitar yardım verməyi planlaşdırır.
Akif Nəsirli