Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

UCA ALLAH BUYURUR Kİ, BİR-BİRİNİZƏ AŞAĞILAYICI LƏQƏBLƏR TAXMAYIN:

NİYƏ?

- təkəbbür əlamətidir;
- təkəbbür Allahın təqva adlı üstünlük ölçüsünün yerinə saxta üstünlük ölçüləri qoymaqdır;
- cinsiyyəti, sərvəti, vəzifəni, nəsli, yeri, gücü, məzhəbi, təriqəti, camaatı, partiyanı üstünlük ölçüsü zənn etməkdir;
- təkəbbür mənəvi korluqdur, insanı həqiqəti görməkdən məhrum edər, həqiqəti görməyən inkişaf etməz, inkişaf etməyən həlak olar;
- təkəbbür başqalarını kiçik görməkdir;
- aşağılayıcı ləqəblər taxmaq Allahın bir-birinizə gözəl söz söyləyin ölçüsünü pozmaqdır, günahdır;
- Allahı unutmaqdır, unudan aldanar, aldanan yoldan çıxar;
- insanın ümidini qırır;
- güvənini azaldır;
- gözdən salır;
- yanlış fikir formalaşdırır;
- stresi çoxaldır;
- şərəfi zədələyir;
- düşmənliyi körükləyir;
- kini çoxaldır;
- mərhəmətsizlikdir;
- barışı, hüzuru yox edir;
- birgə yaşayışı imkansızlaşdırır;
- sosial bağları qırır;
- qardaşlıq, birlik hüququnu pozur;
- savaşa, didişməyə yol açır;
- ünsiyyət qurmaq imkanını ortadan qaldırır;
- bir-birinizin qüsurlarını araşdırmayın ölçüsünü pozur;
- qeybət etməyin ölçüsünə - Allahın tələbinə sayğısızlıqdır;
- həya pərdəsini yırtır;
- ədaləti zədələyir;
- insanlığı azaldır;
- günahlara yol açır;
- bərəkəti öldürür;
- insanların rizasından məhrum edir, insanların rizasını almayan Allahın rizasını qazanmaz;
BİZƏ İNSANLARLA DOĞRU MÜNASİBƏT QURMAĞIN, XEYRİ, BARIŞI, MƏRHƏMƏTİ ÇOXALTMAĞIN YOLLARINI GÖSTƏRƏN ALLAHA HƏMD OLSUN!

Paralel.az

0.018733978271484