Təhsil nazirinin müavini Firudin Qurbanov mediaya açıqlamasında bəyan edib ki...
Paralel.az xəbər verir ki, Təhsil nazirinin müavini Firudin Qurbanov mediaya açıqlamasında bəyan edib ki, «ölkəmizdəki bütün məktəblər əsaslı təmir olunacaq». Maraqlıdır, görəsən ölkəmizdə ümumilikdə neçə məktəb var və onlardan neçəsinin cari və əsaslı təmirə ehtiyacı var? Bu birinci sual. İkincisi, Həmin təmir işlərini 2 illik pandemiya dövründə həyata keçirmək olmazdı?
Tikinti-təmir işlərinə ki, heç bir məhdudiyyət qoyulmamışdı. Bugün, sabah dərslər başlayacaq, siz də təmirə başlayacaqsınız?
Üçüncüsü, cənab F. Qurbanov deyə bilərsinizmi, təhsilin keyfiyyətinin yüksəlməsində təmirin, yoxsa tədrisin rolu daha önəmlidir?
Son 20 ildə bilavasitə prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanin xüsusi diqqət, qaygı və təşəbbüsü ilə yüzlərlə yeni məktəb binaları tikilib, minlərlə məktəb əsaslı və cari təmir oluyub. Bu təmir işləri nə vaxt sona çatacaq? Bir maraqlı məsələni də diqqətinizə çatdırım ki, görülən işlərə şəkk-şübhəm qalmasın. Nə sirri-xudadırsa, hər yeni gələn nazir fəaliyyətinə təmirlə başlayır, bunun səbəbini bilən varsa, bizə yazsın, millət də bilsin.
Yusif