ABŞ Ukraynanı Rusiyadan qorumaq üçün "Dəmir Qübbə" raketdən müdafiə sistemi qoymağa çağırdı
Paralel.az-ın məlumatına görə, "Politico" nəşri yazır ki, ABŞ Konqresinin bəzi üzvləri Ukraynaya iki "Dəmir Günbəz" ("Dəmir Qübbə") taktiki raketdən müdafiə sistemi verməyi təklif ediblər.
Silahlı Qüvvələr Komitəsi 2022-ci il üçün müdafiə üzrə qanun layihəsini təqdim edib. Konqresmenlər təklif edir ki, Pentaqon mövcud sistemlərin Kiyevə satılması və ya ötürülməsi variantları barədə qərar qəbul etməlidir.
Sənəd konkret heç bir raketdən müdafiə sisteminin adını göstərmir, lakin nəşrin mənbəsinə görə, söhbət Ukrayna ordusunun "Rusiyaya müqavimət göstərməsinə" kömək etməli olan "Dəmir Günbəz" batareyalarından gedir.
Sentyabrın əvvəlində Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona səfər edib və amerikalı həmkarı Co Baydenlə görüşüb. Danışıqlar nəticəsində müdafiə tərəfdaşlığının strateji əsasları haqqında müqavilə imzalanıb. Ukraynanın hərbi potensialını və ölkənin ərazi bütövlüyünü qorumaq üçün hazırlığını və NATO ilə uyğunluğa doğru irəliləməsi üçün iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı fəaliyyət sonrakı addımları müəyyənləşdirəcək.
Nəşrin ehtimallarına görə, ABŞ gələn il ərzində Ukrayna səmalarını qorumaq üçün İsrail istehsalı olan "Dəmir Günbəz" taktiki raketdən müdafiə sistemi qurulmasını təmin edəcək.
Akif Nəsirli