Alimlər alzheymerin çarəsini tapıblar

Alimlər alzheymerin çarəsini tapıblar
 

Dünya əhalisinin müəyyən bir qismi alzheymer xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin ən acı tərəfi bir ömür yaşayan insanın yaddaşını itirməsi, yaxınlarını bəzən tanıması, bəzən də onlara tamam yad olmasıdır. Bu gün həmin xəstəliklə bağlı araşdırmalar aparılır və tədqiqatlar haqqında mütəmadi şəkildə məlumatlar verilir. Bu da insanların öz yaxınlarını “itirməməsi”nə bir ümid, stimul verir. Bu sırada avstraliyalı elm adamları qaraciyər tərəfindən istehsal olunan amiloid zülalının alzheymer xəstəliyinin inkişafına təsirini söyləyiblər. Əvvəllər bu xəstəliyə birbaşa beyində əmələ gələn amiloidlərin səbəb olduğu deyilirdi. Yəni alzheymer xəstəliyinin əsas səbəbi kimi, beyin toxumalarında amiloidlərin yığılması söylənirdi. Alimlər indi hesab edir ki, qidalanmanı dəyişərək bu zülalın əmələ gəlmə səviyyəsini azaltmaq mümkündür. Elm adamları qanda beta-amiloidlərin ümumi səviyyəsinin beyin amiloid yükü və idrak azalması ilə əlaqəli olduğunu dəfələrlə qeyd etsə də, qaraciyərdə istehsal olunan amiloid zülallarının xəstəliyin inkişafına təsirini yoxlamamışdılar. Alimlər beta-amiloid adlı zəhərli zülalın niyə beyində toplandığını bilmirdilər. Onlar deyir ki, bu zəhərli zülallar beyinə yağ daşıyan

hissəciklərlə daxil olur. Alimlərə görə, alzheymer xəstəliyinin baş verməsində qaraciyərin istehsal etdiyi zülalın əhəmiyyətli rolu var. Bu tapıntı da qanda bol olan zəhərli zülal yataqlarına təsir etməklə, inkişafı yavaşlatan bəzi dərmanlarla xəstəliyin aradan qaldırılmasının mümkünlüyü deməkdir.

Nigar

0.017640113830566