Görus-Qafan yoluna nəzarət Azərbaycanın hüququdur

Görus-Qafan yoluna nəzarət Azərbaycanın hüququdur
 

Paralel.az xəbər verir ki, Ermənistan hökuməti, parlament üzvləri və mediası Görus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qanuni dövlət nəzarətinin tətdiq edilməsi prosesi üzərində monipuliyasiyalarını davam etdirməkdədir. Ermənistan dövlət strukturları, mediası və ictimaiyyəti adi qanuni nəzakrəti prosiduru olan bu prosesi beynəlxalq aləmə bir "terror hərəkəti" kimi sırımağa çalışır. Ona görə də bu istiqamətdə ermənilərin istənilən cəhdlərinin qarşısı alınmalı, verdikləri informasiyanın reallıqda nədən ibarət olduğu mütləq izah edilməlidir.

Məsələn, dünən Gorus rayonunun merinin müavini Karo Koçaryan deyib ki, Azərbaycan polisləri Gorus-Qafan yolunda nəinki İran yük maşınlarını, avtobusları da yoxlayırlar. Əslində isə bu adi prosidur qaydadır, istənilən ölkənin ərazisindən xarici nömrə nişanlı maşınlar keçərkən, onlar mütləq yoxlanılmalı və onlardan gömrük rüsumu alınmalıdır. Azərbaycan tərəfi prosnsə təzə başlayıb, qarşıdakı həftələrdə digər güc strukturlarının cəlb edilməsi ilə bütün xarici maşınların, o gümlədən Ermənistan maşınlarının da ərazidə yoxlanılması və ölkə qanunvericilityinə uyğun olaraq gömrük rüsumuna cəlb edilməsi prosesi genişləndiriləcək.

Erməni mediasının məlumatına görə, İran sürücüləri artıq bəyan edirlər ki, əgər azərbaycanlılar pul tələb etməyi davam etsələr, yük daşımalarından imtina edəcəklər - deyə Karo Koçaryan bildirib.

Mer müavinin sözlərinə görə, İran sürücüləri qeyd edirlər ki, bu qədər vaxt itirməkdən və əsəbləri korlamaqdansa, ən yaxşısı ümumiyyətlə gəlməsinlər: "Gələcəkdə daha da pis olacaq. Hələ ki, azərbaycanlılar bizim nömrə ilə olan maşınları yoxlamırlar, ancaq dayanmağa da icazə vermirlər. Hesab edirəm ki, gələcəkdə onlar Ermənistan nömrəsi ilə olan maşınları da yoxlamağa başlayacaqlar... "

Karo Koçaryan təxminlərində yanılmır, bir neçə həftədən sonra Azərbaycan ərazisində qurulmuş postlardan keçən hər bir xarici maşın, o cümlədən də Ermənistan maşınları yoxlamalara və gömrük rüsumlarına cəlb ediləcək. Bu Azərbaycan dövlətinin qanunvericiliyinə və beynəlxalq hüququn normalarına uyğundur.

Akif Nəsirli

0.024159908294678